Türkiyədə bir tondan çox narkotik müsadirə olunub

22:22 10.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Diyarbəkir vilayətində keçirilmiş xüsusi əməliyyat nəticəsində bir tondan çox narkotik maddə müsadirə edilib.

Hafta.az-ın məlumatına görə əməliyyat nəticəsində 10 nəfər saxlanılıb.

Əməliyyat 10 müxtəlif ünvanda eyni anda baş tutub.

Bir müddət əvvəl ölkənin daxili işlər naziri Süleyman Soylu Türkiyənin ciddi bəla ilə üzləşdiyini, narkomaniya və narkotik ticarəti ilə mübarizənin daha da sərtləşdirilməsinin vacibliyini vurğulamışdı.

Oxunma sayı 2753