Türkiyədə futbolçuya pul əvəzinə ov iti verdilər

12:14 05.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin həvəskarlar liqasında maraqlı transfer baş tutub.

Hafta.az fanat.az-a istinadən xəbər verir ki, "Muratlıspor" klubu ov iti qarşılığında heyətinə futbolçu qatıb.

Belə ki, Hasan Uysal adlı həvəskar futbolçu 10 il əvvəl ova böyük maraq üzündən futbolla vidalaşıb. Bir müddət əvvəl isə "Muratlıspor"dan təklif alıb. Amma Kütahya təmsilçisinin ona verməyə pulu olmayıb və futbolçuya ov iti verərək heyətinə qatıb.