Türkiyədə hərbi hissəyə hücum oldu

17:24 15.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin cənub-şərqindəki Hakkari vilayətində hərbi hissəyə hücum olub.

Hücum PKK terror təşkilatının silahlıları tərəfindən törədilib.

Hadisə nəticəsində hərbi hissədə xəsarət alan olmayıb. Qeyd olunur ki, hücumdan sonra Türkiyə qoşunları lokal əməliyyatlara başlayıb.

Əməliyyatlar nəticəsində iki terrorçu zərərsizləşdirilib.