Türkiyədə koronavirusdan sağalanların sayı 171 min nəfəri ötüb

23:00 29.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə son 24 saat ərzində daha 18 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Hafta.az-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 115 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 374 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 198 613 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 214 nəfər olmaqla 171 809 nəfər təşkil edir.

Oxunma sayı 2383