Kanadada Azərbaycanın dövlət müstəqilliyi münasibətilə ziyafət verilib

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt
AzƏrbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə ölkəmizin Kanadadakı səfirliyi Monreal şəhərində yerləşən Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) baş qərargahında ziyafət təşkil edib. Azərbaycanın Kanadadakı səfirliyindən verilən məlumata görə, tədbirdə BMAT-ın baş katibi Raymond Benjamin, qeyd olunan təşkilatın məsul əməkdaşları, BMAT-a akkreditə edilmiş diplomatik missiyaların təmsilçiləri, Monrealda yaşayan Azərbaycan və türk icmalarının nümayəndələri iştirak ediblər. Səfir eyni zamanda, Azərbaycanın BMAT-dakı daimi nümayəndəsi Fərid Şəfiyev çıxışında 1918-ci ilin mayın 28-də müsəlman şərqində ilk demokratik respublikanın Azərbaycanda yaradıldığını bildirərək, bir sıra Qərb ölkələrindən də öncə qadınların ilk dəfə seçmək və seçilmək hüququnun məhz ölkəmizdə tanındığını bildirib. F.Şəfiyev 1991-ci ildən etibarən ölkəmizin müstəqilliyinin bərpasından sonra respublikamızda gedən iqtisadi inkişaf, əldə edilən uğurlar barəsində iştirakçılara ətraflı məlumat verib. Ziyafətdə Azərbaycan milli mətbəxinin bəzi təamları da göstərilib. Milli mətbəx nümunələrinin nümayişi Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası və “Azərbaycan Hava Yolları“ QSC-nin dəstəyi ilə keçirilib.

Vüsal