Qəzzafi yeni dövlət quracaq?

15:15 20.10.2011
Yazını böyüt
Yazını kiçilt
LİVİYANIN devrilmiş lideri Müəmmar Qəzzafi ölkənin cənubunda yeni dövlət qura bilər. Rusiya mətbuatının verdiyi məlumata görə, bunu Liviya Milli Keçid Şurasının İcraiyyə Komitəsinin rəhbəri Mahmud Cabril bəyan edib. “Qəzzafinin iki yolu var: ya Liviyada qurulmuş yeni hökuməti laxlatmağa cəhd, ya da yeni dövlətin qurulması. O, hələ də ölkənin cənubunda gizlənir və cəmiyyətdəki fikir-ayrılığından istifadə etməklə yenidən meydana gəlməyə çalışır. Qəzzafi qisas hissi ilə alışıb-yanır. O, istənilən yeni hökuməti yıxmaq üçün əlindən gələni edəcək“, - deyə Cabril bildirib.


Oxunma sayı 263