Türkiyəli aktrisa koronavirusa yoluxdu

14:58 03.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyəli aktrisa Cansın Çekilidə koronavirus infeksiyası aşkarlanıb.

Hafta.az “Akşam”a istinadən xəbər verir ki, 31 yaşlı aktrisa bunu sosial şəbəkədə izləyiciləri ilə paylaşıb.

“Əslində, xəstəliyim bitəndə paylaşacaqdım, ancaq deyəsən bu gün çox duyğusal oyanmışam. 20 günə yaxın bronxit və allergiyadan əziyyət çəkdiyim hesab etdiyim halda, ötən həftə xəstəxanada keçdiyim testin nəticəsi pozitiv çıxıb”, - aktrisa özünün “Instagram” səhifəsində açıqlayıb.

Qeyd edək ki, C.Çekili 2018-cı ildə yayımlanan “Erkənçi quş” adlı serialda Aysel personajını canlandırıb. 2019-cu ildə həmçinin “Çocuq” serialına da çəkilib və Zeynəb rolunu ifa edib. 

Oxunma sayı 153