Türkiyəli aktyorun evində 35 minlik oğurluq

10:55 01.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin tanınmış aktyoru Sercan Badur oğurluq hadisəsi ilə qarşılaşıb.

Hafta.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçinin İstanbuldakı evindən nişan üzüyü daxil olmaqla 35 min lirəlik zinət əşyası oğurlanıb. Aktyor Levent Polis Şöbəsinə gedərək, yataq otağının talan edildiyini deyib.

Badur 7 lüks saat, 1 telefon və qızıldan hazırlanan nişan üzüyünün oğurlandığını bildirib.

Sercan küçədəki təhlükəsizlik kameralarına baxdığını, naməlum şəxslərin mənzilə 19:45-də daxil olduğunu söyləyib.
Faktla bağlı araşdırma başlanılıb.

Oxunma sayı 7242