Türkiyəyə zəlzələ ilə bağlı yardım üçün danışıqlar aparılır

13:23 25.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə baş verən zəlzələ ilə əlaqədar yardım göstərilməsi və texniki problemləri həll etmək üçün Azərbaycan rəsmiləri Türkiyədən olan həmkarları ilə danışıqlar aparırlar.

Hafta.az Nazirlər Kabinetinə istinadən məlumat verir ki, məsləhətləşmələr müxtəlif səviyyələrdə, həm Türkiyənin Azərbaycandakı səfirliyi vasitəsilə, həm də birbaşa aparılır.

Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ raronunun Sivricə əyalətində 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb.

Siyasət rubrikasından digər xəbərlər