Yazını böyüt
Yazını kiçilt
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması növbəti oyununu keçirib.
Hafta.az AFFA-ya istinadla xəbər verir ki, Almaniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 0:2 hesabı ilə məğlub olub.
Futbolçularımız turnirdə sonuncu oyununu noyabrın 19-da Qazaxıstan yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Millimiz ilk oyununda Yunanıstan yığmasına 1:6 hesabı ilə məğlub olub.