U-17-nin Antalyada toplanışı olacaq

14:47 29.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının fevralın 1-dən 2-dək Bakıda, fevralın 2-dən 12-dək isə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı olacaq.

Hafta.az-ın məlumatına görə, hazırlıq müddətində yığmamız fevralın 6-da Tacikistanın U-17 və fevralın 10-da Danimarkanın "Hellerup" klubu ilə yoxlama oyunları keçirəcək.

Oxunma sayı 155