Üç şairlə bir görüş

14:31 07.08.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və N.Gəncəvi adına Kitabxana – klubun birgə təşkilatçılığı ilə “Üç şairlə bir görüş” adlı tədbir keçirildi.

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin Azərbaycan Raspubliksının Prezidenti cənab İlham Əliyevin ədəbiyyatla bağlı verdiyi sərəncamlardan və şəhərdə gedən irimiqyaslı abadlıq - quruculuq işlərindən danışdı.Natiq qeyd etdi ki, indi ölkəmizin hər yerində Prezidentin sərəncamlardan irəli gələn genişmiqyaslı tədbirlər həyata keçirilir. Bütün bunların ölkə rəhbərinin sənətə, sənət adamına,ədəbiyyata, sözə, söz adamlarına göstərdiyi diqqət və qayğının nəticəsidir.

Sonra söz şairlərə verildi.Azərbaycan Aşıqlar Birliyi Sumqayıt bölməsinin sədri Qənirə Mehdixanlı,Asif Asiman və Kəramət Əmirli öz həyat və yaradacılıqları haqqında məlumat verərək,yeni şeirlərni oxudular.

Yazıçı,ssenarist,kulturoloq Hafiz İmamnəzərli şəhərin 70 illiyi ərəfəsində belə layihələrin həyata keçirilməsinin əhəmiyyətindən danışdı.

Kitabxana- klubun kitabxanaçısı Ülviyyə İsayeva iştirakçılara təşəkkürünü bildirərək qeyd etdi ki, Sumqayıtın 70 illiyi ərəfəsində keçirilən tədbirlər şəhərin yubleyinə bir töhfədir.