Üç uşaq anası itkin düşüb 

10:14 22.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan hafta.az-a verilən məlumata görə,  1989 -cu il təvəllüdlü  İsmayıllı rayonu Qalınçaq kənd sakini, 3 uşaq anası  Pərvanə Bədəlova iyulun 28-də gecə saatlarında 4 yaşlı övladını da özü ilə götürərək, yaşadığı ünvandan naməlum istiqamətdə gedərək itkin düşüb.

P.Bədəlovanın boyu 160 sm, gözlərinin rəngi qaradır. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər, (050) 280-45-00,  (050) 656-99-00 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.