Ucarda 414 çətənə kolu aşkarlanıb - FOTO

13:20 17.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan hafta.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Qaracalı kənd sakini 58 yaşlı Cəmil Mikayılov saxlanılıb.

RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 414 ədəd çətənə kolu və ümumi çəkisi 5 kiloqram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.