Ucarda suda batan şəxsin axtarışları aparılır

11:24 30.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Ucar rayonunun Rəstəcə kəndində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.​