Mehriban Əliyevaya “Şərəf Legionunun Zabiti“ ordeni təqdim edilib

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fransa Respublikasının “Şərəf Legionunun Zabiti“ dövlət ordeni ilə təltif olunma mərasimi keçirilib. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Nikola Sarkozi də iştirak edib. Fransa prezidenti Nikola Sarkozi mərasimdə nitq söyləyib. Sarkozi bildirib: “Siz Azərbaycanın ən yaxşı səfirisiniz. Eyni zamanda siz dünyada bütün qadınlar üçün gözəl nümunəsiniz. Biz bilirik ki, siz ali təhsilinizi Moskvada almısınız. Oftalmologiya sahəsində mütəxəssissiniz. Ölkənizin maraqları naminə gərgin fəaliyyət aparırsınız. Parlamentdə fəal iş görürsünüz. Parlamentdə ABŞ-Azərbaycan dostluq qrupunun rəhbərliyindən Fransa-Azərbaycan dostluq qrupunun rəhbərliyinə keçməyiniz bizim üçün böyük şərəfdir. Bu strateji və əla seçim oldu. Eyni zamanda siz mədəni müxtəlifliyin təşkilində şəxsən iştirak edirsiniz. Siz Fransanın dostusunuz və olduqca böyük iş aparırsınız. Rəhbərlik etdiyiniz fond uşaqlara qayğı sahəsində böyük işlər görüb. Bu fond həm də dünya mədəni irsinin qorunmasına böyük töhfə verib. Beləliklə Azərbaycanın birinci xanımına ölkəmizin, Fransanın ali ordenini təqdim etmək istərdim“. Fransa dövlətinin başçısı “Şərəf Legionunun Zabiti“ ordenini Azərbaycanın birinci xanımına təqdim edib. M. Əliyeva çıxış edərək Fransa prezidentinə minnətdarlığını bildirib. Sonda xatirə şəkili çəkdirilib.
Azad