Ukrayna Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyir - XİN

12:13 30.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyir.

Hafta.az-ın məlumatına görə, bunu Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba brifinq zamanı deyib.

O bildirib ki, müharibə faciə və dağıntı deməkdir:

“Hazırkı vəziyyət göstərir ki, dondurulmuş münaqişələr heç də dondurulmuş deyil və istənilən an partlaya bilər”.

Nazirin sözlərinə görə, vacib məqam ölkələrin ərazi bütövlüklərini dəstəkləməkdir:

“Azərbaycanın bizim ərazi bütövlüyümüzü dəstəklədiyi kimi, biz də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik və dəstəkləyirik. Bizim mövqeyimiz dəyişməz qalacaq”.

Oxunma sayı 359
Siyasət rubrikasından digər xəbərlər