Ukrayna paytaxtında cinayətkarlıq 30 faiz azalıb

16:50 18.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2020-ci ilin yanvar-avqust aylarında Kiyevdə cinayətkarlığın səviyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz azalıb.

Hafta.az azərtac-a istinadən xəbər verir ki, bu rəqəmlər “RBK-Ukraina” agentliyinin sorğusuna Ukrayna Milli Polisinin Kiyev üzrə Baş İdarəsinin cavabında əks olunur.

Baş İdarənin məlumatında göstərilir ki, 2020-ci ilin əvvəlindən avqustun sonuna qədər Ukrayna paytaxtında 25.416 cinayət faktı qeydə alınıb. Bu, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 11.489 hadisə və ya 31,1 faiz azdır.

Məlumatda həmçinin qeyd edilir ki, 2020-ci ilin əvvəlindən Kiyevdə 9.592 ağır cinayət qeydə alınıb. Bu, ötən ilin müvafiq dövrünə aid göstərici ilə müqayisədə 25 faiz azdır.

Cari ildə qeydə alınmış 8.583 cinayət, yəni orta hesabla hər üç cinayətdən biri açılıb.

Oxunma sayı 1457