Ukraynada parlament seçkilərinin nəticələri açıqlanıb

21:32 03.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynada keçirilən növbədənkənar parlament seçkilərinin rəsmi nəticələri açıqlanıb.

Hafta.az RİA-Novosti-yə istinadən xəbər verir ki, nəticələri Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Tatyana Slipaçuk açıqlayıb.

O bildirib ki, Prezident Vladimir Zelenskinin Xalqın Xidmətçisi Partiyası 43,16 faiz səslə birinci yeri tutub.

"Rusiya meyilli “Müxalifətçi platforma - Həyat Uğrunda” 13,05 faiz səslə ikinci olub.

Sabiq baş nazir Yuliya Timoşenkonun başçılıq etdiyi “Batkivşina” 8,18 faiz səs toplaya bilib.

Keçmiş prezident Pyotr Poroşenkonun “Avropa Həmrəyliyi” 8,10 faizlə üçüncülüyü qazanıb.

Səs Partiyası isə 5,82 faiz səs toplayıb və 5 faizlik baryeri keçməyi bacarıb.

Qeyd edək ki, ümumilikdə 6.3 milyon Ukrayna vətəndaşının səsini alan Xalqın Xidmətçisi Partiyası Ali Radada 124 deputatla təmsil olunacaq.