Ukraynanın daha bir deputatı koronavirusa yoluxub

14:14 20.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Ali Radasının daha bir deputatı koronavirusa yoluxub.

Ali Radanın bu gün keçirilən iclasında spikerin müavini Yelena Kondratyuk “Batkivşina” partiyasının parlament fraksiyasının üzvü Oleq Meydiçin koronavirusa yoluxduğunu bəyan edib. Bu səbəbdən də fraksiyanın bütün üzvləri yoxlanışdan keçirilir və həmin deputatların iclasda iştirakına icazə verilməyib.

Qeyd edək ki, pandemiya dövründə Ali Radanın bir neçə deputatı koronavirusa yoluxub.

Oxunma sayı 237