“Ümid edirik ki, Rusiya əlindən gələni əsirgəməyəcək” - Milli Məclisin Sədri

10:47 23.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Ümid edirik ki, Rusiya münaqişənin həlli üçün əlindən gələni əsirgəməyəcək”.

Hafta.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının plenar iclasında çıxış edərkən deyib.

Sədrin sözlərinə görə,  yalnız regional məsələlərdə deyil, qlobal gündəmdəki məsələlərin həllində də Rusiyanın mövcud rolundan danışmağa ehtiyac yoxdur:

“Biz ümid edirik ki, ATƏT-in Minsk qrupunun həmsədri olan və əvvəldən münaqişənin sülh yolu ilə həllinə çalışan Rusiya beynəlxalq siyasətdə öz nüfuzundan istifadə edəcək və uzun illər davam edən bu qarşıdurmaya son qoymaq üçün əlindən gələni əsirgəməyəcək”.

Oxunma sayı 304
Siyasət rubrikasından digər xəbərlər