Ümid qəsəbəsində növbəti səyyar görüş keçirilib

17:03 14.02.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ümid qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib. Görüşdə Qaradağ Rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak edib. 

Hafta.az yazır ki, qəbulda ümumilikdə 80-dan çox sakin iştirak edib. Rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən ölkə əhalisinin qaldırdıqları problemləri, sakinləri narahat edən sosial məsələlərin həlli diqqətdə saxlanılır. Ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın rahatlığı və sosial vəziyyətinin yaxşılaşdırılması dayanır. Qəbula gələn sakinlər keçən görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərin aparıldığını, qaldırılan problemlərin həll olunduğunu vurğulayaraq bütün bunlara görə ölkə rəhbərinə təşəkkürlərini bildiriblər. Sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, məcburi köçkünlərin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin Prezident İlham Əliyevin birbaşa nəzarətində olduğunu vurğulayıb.

Görüşə gəlmiş ağsaqqallar qəsəbə ərazisində görülən işlərə görə, məscid yoluna yeni salınan asfalt örtüyünə görə öz təşəkkürlərini bildiriblər. Sakinlərdən 9 nəfəri fərdi qaydada dinlənildikdən sonra, həlli mümkün problemlər yerindəcə aradan qaldırılıb, həlli vaxt tələb edən müraciətlərə isə baxılması üçün aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə tapşırıqlar verilib.

Görüşün yekununda başçı bildirib ki, Qaradağ rayonun əhalisi surətlə artır və buna müvafiq olaraq müəyyən tələbatlar ortaya çıxır. Rayon İcra Hakimiyyəti tərəfindən də həm meydana gələn tələbatları qarşılamaq, həm də yaranan problemlərin vaxtında həlli üçün lazım olan bütün addımlar atılır. Daha sonra qəsəbə sakinlərinə Prezident İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilib.

Sosial rubrikasından digər xəbərlər