Ümumdünya Şahmat Olimpiadasına millimiz dörddəbir finala vəsiqə qazanıb

21:54 23.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Şahmat Olimpiadasının top divizionunda mübarizə aparan Azərbaycan komandası qrup oyunlarını lider kimi başa vuraraq birbaşa dörddəbir finala vəsiqə qazanıb.

Hafta.az xəbər verir ki, heyətində Rauf Məmmədov, Qədir Hüseynov, Günay Məmmədzadə, Türkan Məmmədyarova, Aydın Süleymanlı və Gövhər Beydullayevanın mübarizə apardığı komandamız son turda Fransa yığması üzərində 3,5:2,5 hesablı qələbə qazanıb. Aktivində 14 xal olan yığmamız qrup oyunlarını birinci yerdə başa vurub. Macarıstan (14 xal) komandası ikinci, Ukrayna (13 xal) yığması isə üçüncü yeri tutub.

İkinci və üçüncü yerləri tutan komandalar isə pley-off mərhələsinə vəsiqə qazanıblar. Qeyd edək ki, A qrupunda da dörddəbir finala və pley-offa vəsiqə qazanan komandalar müəyyənləşib. Belə ki, Hindistan 17 xalla birbaşa dörddəbir final mərhələsinə vəsiqə qazanıb. Çin (16 xal) və Almaniya (11 xal) komandaları isə növbəti mərhələdə mübarizə aparacaqlar. Digər iki qrupda — C və D qruplarında oyunlar davam edir. Rusiya C, ABŞ isə D qrupunda liderlik edir.

Oxunma sayı 6330