Qənirə Paşayevadan AŞ PA-nın ünvanına məzəmmət

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt

“Ermənistanda baş verənlərdə beynəlxalq təşkilatların da məsuliyyəti az deyil“

“ErmƏnistanda 2008-ci ildə öldürülən on insanın qətlinə göstəriş verən heç bir dövlət rəsmisi hələ də qanun qarşısında cavab verməyib. Aradan üç il keçməsinə baxmayaraq, onların qətlə yetirilməsinə kimin göstəriş verdiyi barədə hələ heç bir məlumat yoxdur“. Bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva AŞ PA-nın payız sessiyasında çıxışı zamanı bildirib. “Həftə içi“nə AŞ PA nümayəndə heyətindən verilən məlumatda deyilir ki, Q.Paşayeva çıxışında bildirib ki, doğrudanmı qətlə göstərişi kimin verdiyini bilmək bu qədər çətindir: “Hüquq-mühafizə orqanlarına bu göstərişi kim verə bilərdi sizcəg Bu qədər insanın qətlinə görə heç bir yüksək vəzifəli məmur ən azı öz vəzifə səlahiyyətini yerinə yetirə bilmədiyinə görə istefaya göndərilməyb. Sizcə prezident niyə bu addımı atmır“, - deyə vurğulayan Paşayeva AŞ PA üzvlərinə üzünü tutaraq “Bu sualların cavabını çoxunuz bilirsiniz, amma assambleya 3 ildən sonra qanunsuz həbs olunmuş insanların azad edilməsinə sevinməklə kifayətlənir“, - deyə məzəmmət də edib. Onun sözlərinə görə, Ermənistanda baş verənlərdə beynəlxalq təşkilatların da məsuliyyəti az deyil: “Bir neçə il əvvəl bu ölkənin vətəndaşları olan 250 min azərbaycanlıya qarşı da ölkə rəhbərliyi etnik təmizləmə siyasəti aparanda, onları öz evlərindən zorla çıxararaq qovanda, qətlə yetirəndə beynəlxalq təşkilatlar, o cümlədən, Avropa Şurası sərt mövqe ortaya qoysa idi, bəlkə sonrakı hadisələr təkrarlanmazdı. Bir zamanlar Ermənistan vətəndaşı olan azərbaycanlılara qarşı işlədilən silahları hakimiyyət sonra öz xalqına qarşı da işlətdi“.
Nahid Canbaxışlı