Universitetlərin bufetlərində satılan qidalar - Tələblərə cavab verirmi?

15:31 16.09.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Artıq yeni tədris ili başladı. Əvvəlki ilin, eləcə də yeni qəbul olmuş tələbələr qəbul olduqları universitetdə oxumağa yollanırlar. Hazırda tələbələri ən çox maraqlandıran məsələlərdən biri də universitetlərdə qidalanma imkanıdır. Məhz, universitetlərdə verilən yeməklər standartlara cavab verirmi? Adətən bufetlərdə “fast food” yeməklər daha çox satılır. Vaxt və qiymət baxımından səmərəli olduğu üçün tələbələr qida seçimində bu kimi yeməklərə üstünlük verir desək yanılmarıq. Bir çox hallarda isə bufetlərdə “fast food”qidalar sifarişlə gəlir, xüsusi aparatlarda isidilərək satılır. 

Hafta.az universitetlərin bufetlərində satılan qidalarla bağlı sorğu aparıb.

Bakı Slavyan Universitetindən (BSU) bildirdilər ki, universitetin bufetində iki növ qidalar verilir:

“Sulu və quru yeməklər. Sulu yeməklərə - sup, borş, quru yeməklərə isə ət, qarnir düyü, makaron daxildir. Bufetdə müəllim və tələbə ayrıseçkiliyi yoxdur. Yeməklər hamısı təmiz və keyfiyyətli olur. Xüsusi nəzərət mexanizmi tətbiq olunur. Köhnə yeməklər isə qətiyyən satılmır. “Fast food” qidalar isə universitetin bufetində satılmır”.

Azərbaycan Dillər Universitetinin (ADU) yeməkxanasında qiymətlərin ucuz, keyfiyyətin isə normal olduğunu dedilər:

“Keyfiyyət məsələsinə ADU Həmkarlar İttifaqı Komitəsi tərəfindən xüsusi nəzarət edilir və keyfiyyətin yüksək olması məqsədilə daim lazım olan tədbirlər həyata keçirilir”.

Bakı Mühəndislik Universitetinin (BMU)  yeməkxanasının da yüksək tələblərə cavab verildiyi deyildi. Universitetin geniş, müasir yeməkxanasında tələbələr çox rahatlıqla yeməklər yeyə bilərlər. Həmçinin BMU-nun yeməkxanasında “fast food” yeməklərin satılmadığı deyilir.