Ünvanı məlum olmayan elanlar həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır - “Azərişıq” 

16:37 25.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son günlər sosial şəbəkələrdə və Bakı şəhəri Nizami və Yasamal rayonları ərazilərində - “Abonentlərin nəzərinə xəbərdarlıq” – İstifadə olunan elektrik enerjisinin borcuna görə 23.03.2020 tarixdə saat 10.00-dan etibarən borclu abonentlərin elektrik enerji verilişi xəbərdarlıq edilmədən dayandırılacaq” - ünvanı məlum olmayan elanlara rast gəlinir. Yayılan elanların “Azərişıq” ASC-yə heç bir aidiyyəti yoxdur, həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır.

Bu barədə ASC-dən hafta.az-a verilən məlumatda bildirilir.

Qeyd edilir ki, “Azərişıq” ASC tərəfindən aparılan yenidənqurma, təmir-tikinti, elanlar və s. işlər cəmiyyətin Mətbuat Xidməti vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılır və hazırda vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir.

Oxunma sayı 32
Sosial rubrikasından digər xəbərlər