ÜST nümayəndəsi Azərbaycana təşəkkür edib

15:39 31.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirusla mübarizədə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edirik.

Hafta.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti bütün məlumatları açıq şəkildə ÜST-lə bölüşüb və bölgələrdə işin aparılmasına dəstək olub: "Azərbaycanda yüksək səviyyədə hakimiyyət rəsmilərinin koronavirusla mübairzədə göstərdikləri diqqətə görə təşəkkür edirəm".

H.Harmancı Azərbaycanda koronavirusla mübarizə aparan həkimlərin işinin əvəzedilməz olduğunu bildirib: "Onlar gecə-gündüz, durmadan koronavirusla mübarizə aparırlar, onlar bu müharibənin görünməyən qəhramanlarıdırlar".

Oxunma sayı 2304