ÜST yeni koronavirusla yoluxma riskinin qiymətləndirilməsini qaldırıb

23:24 27.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) beynəlxalq səviyyədə yeni koronavirus infeksiyasıyla yoluxma riskinin qiymətləndirilməsini "orta" dərəcədən "yüksək" dərəcəyə kimi qaldırıb.

Bu barədə "Frans Press" agentliyi bildirib.

Bu günə qədər ÜST bildirib ki, Çində yeni koronavirus infeksiyasıyla yoluxma riski çox yüksək, regional səviyyədə yüksək, beynəlxalq səviyyədə isə orta dərəcədədir.

ÜST nümayəndəsi deyib: "Burada söhbət sözün ifadəsində səhvdən gedir və biz onu düzəltdik"