V4 dəmir yolunun tikintisinə hazırlıqlar başa çatıb

21:19 17.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vışeqrad qrupu (Macarıstan, Çexiya, Polşa və Slovakiya) ölkələrinin paytaxtlarını birləşdirəcək sürətli dəmir yolunun tikintisi artıq istismara hazırdır. Dəmir yolu xətti 250 kilometr/saat maksimal sürətlə hərəkət etməyə imkan verəcək.

AZƏRTAC bu barədə MTI agentliyinə istinadla xəbər verir. Xatırladaq ki, texniki-iqtisadi əsaslandırmaların hazırlıqları barədə Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyyarto və digər üç ölkənin nəqliyyat nazirləri ötən il razılığa gəliblər. Macarıstan hökuməti bu günlərdə başa çatan tədqiqata 50 milyon avro ayırıb.

Son illər ərzində V4 ölkələri Aİ çərçivəsində paralel inteqrasiya proseslərinin gücləndirilməsinə az vəsait ayırmırlar. Brüsseldə Avropa İttifaqının bəzi məmurları bu məsələyə hansısa qısqanclıqla yanaşırlar ki, bu da onların bəyanatlarında ifadə olunur.