“Valensiya” klubunun yeni baş məşqçisi bəlli olub

14:34 12.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İspaniyanın “Valensiya” futbol klubunun yeni baş məşqçisi Albert Selades olub.

44 yaşlı mütəxəssislə 2021-ci ilin iyul ayınadək müqavilə imzalanıb. O, bu vəzifədə istefaya göndərilən Marselino Toralı əvəzləyib.

Qeyd edək ki, Albert Selades 2018-ci ildə “Real”da və İspaniya millisində köməkçi məşqçi kimi çalışıb.