Vasim Məmmədəliyevlə vida mərasimi BDU-da keçiriləcək

10:14 14.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Akademik Vasim Məmmədəliyevlə vida mərasimi Bakı Dövlət Universitetində (BDU) keçiriləcək.

BDU-dan hafta.az-a verilən məlumata görə, mərasim bu gün saat 13:00-dan 15:00-dək davam edəcək.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev ötən gün 77 yaşında dünyasını dəyişib.