Yazını böyüt
Yazını kiçilt
Vatikanda muzeylər iyunun 1-dən etibarən yenidən ictimaiyyətə açılacaq.
Hafta.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
"3 aylıq fasilədən sonra iyunun 1-dən etibarən Vatikan muzeylərini ziyarət etmək yenidən mümkün olacaq", - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, muzeylerə baş çəkmək öncədən sifariş edilmiş bilet əsasında olacaq. Muzeylərin iş saatı da uzadılacaq.
Martın 9-dan bəri Vatikanda muzeylər koronavirus pandemiyası ilə əlaqədar bağlanmışdı.