Vətəndaşlar evdən çıxmaq üçün 8103 nömrəsinə SMS göndərəcək

23:59 02.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Yeni qaydalar - hərəkət məhdudiyyətləri 5 aprel saat 00:00-dan 20 aprel saat 00:00-dək davam edəcək".

Hafta.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr  şöbəsinin müdiri Elnur Niftəliyev bildirib. Onun sözlərinə görə, https://icaze.e-gov.az portalı yalnız dövlət qurumları, habelə özəl təşkilatlar üçün nəzərdə tutulur:

"Bu sistem sabahdan - aprelin 3-dən işə düşəcək. Vətəndaşların fərdi qaydada evdən çıxmaları isə yalnız müvafiq bildiriş kodunu 8103 nömrəsinə SMS göndərməklə təmin ediləcək. Bu sistem isə 5 aprel tarixindən işə düşəcək".

Oxunma sayı 116
Sosial rubrikasından digər xəbərlər