Vətəndaşlara elektron imzaların verilməsi dekabradək yekunlaşacaq

15:15 22.10.2011
Yazını böyüt
Yazını kiçilt
Məlumat Hesablama Mərkəzi “Azərpoçt“ MMC ilə birlikdə regionlardakı poçt Filiallarının Müştəri xidmətləri şöbəsində Qeydiyyat mərkəzlərinin yaradılmasına başlayıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədovun verdiyi məlumata görə, artıq cənub bölgəsində lazımi avadanlıqlar quraşdırılaraq, bu avadanlıqların infrastruktura uyğun olaraq sazlanması və proqram təminatının yüklənməsi işləri həyata keçirilib. Onun sözlərinə görə, vətəndaşlara yüksək səviyyədə və operativ olaraq xidmət işini yerinə yetirmək məqsədi ilə MHM tərəfindən “Azərpoçt“un mütəxəssislərinə davamlı olaraq treninqlər keçirilir. Treninqdə iştirak edən iştirakçılara təlim materialları (videomaterial) və tədris vəsaitləri təqdim edilir.
“Filiallarda bu işləri 1 dekabradək başa çatdıracağıq. Qeydiyyat mərkəzlərinə müraciət edən hər bir vətəndaş şəxsiyyət vəsiqəsini, hüquqi şəxs və ya dövlət qulluqçusu olduqda qanunvericiliyə müvafiq digər sənədləri (hüquqi və fiziki şəxs, həmçinin sahibkarlar üçün nəzərdə tutulmuş etibarnamə, elektron imza sertifikatının alınmasına müraciət olunan işçilərin siyahısı, təşkilatın nizamnaməsi, dövlət qeydiyyatından keçməsi haqqında şəhadətnamə, Dövlət reyestrindən çıxarış, vergi ödəyicisinin qeydiyyatı haqqında bildiriş və digər qeydiyyat sənədlərini) təqdim edir. Sənədlər Qeydiyyat Mərkəzi operatorları tərəfindən diqqətlə yoxlanıldıqdan və xidmət haqqı vətəndaş tərəfindən ödənilməklə hər kəsin adına ərizə formalaşdırılır və onlara elekron imza verilir“.
Xatırladaq ki, bütün filiallarda bu işləri 1 dekabradək başa çatdıracağıq. Ölkə vətəndaşlarının elektron imzadan istifadəsini asanlaşdırmaq məqsədilə www.e-imza.az saytı artıq istifadəçilərin ixtiyarına verilib.
Təbriz Vəfalı
Oxunma sayı 490