Vəzifəli şəxslər maliyyə xarakterli məlumatlar təqdim edəcək

19:48 27.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatlar təqdim ediləcək.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”da əksini tapıb.

Sənədə əsasən, Nazirlər Kabineti və Ədliyyə Nazirliyi 2020-2022-ci illərdə vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim olunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Bu tapşırığın icrası ilə bağlı Milli Məclis və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya isə tövsiyə verilib.

Oxunma sayı 89