Vəziyyət yaxşılaşır deyə, bayram etmək vaxtı deyil, ikinci dalğaya hazırlaşmalıyıq - ÜST 

16:39 04.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Payızda koronavirusun ikinci dalğasına hazırlaşmalıyıq”.

Hafta.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktoru Hans Kluqe deyib.

“Biz ölkələrə müraciət edirik:

Vəziyyət yaxşılaşır deyə, bunu bayram etmək vaxtı deyil, hazırlaşmaq vaxtıdır. Biz indi payıza hazırlaşmalıyıq!”, - deyə ÜST rəsmisi vurğulayıb.

O qeyd edib ki, hazırda əksər Avropa ölkələrində koronavirusla bağlı vəziyyət yaxşılaşır.

Oxunma sayı 247