Biz həmişə dialoq məsələsinə müsbət yanaşmışıq

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt
“Biz hər zaman Azərbaycanda ayrı-ayrı siyasi partiyaların təmsilçiləri, o cümlədən hakimiyyətdə olan partiya ilə müxalifət partiyalarının təmsilçiləri arasında dialoq, yaxud debat məsələsinə tamamilə müsbət yanaşmışıq“. Bu fikirləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibi Əli Əhmədov bildirdi. YAP rəsmisi dedi ki, ancaq iş bundadır ki, bəzi adamlar müxalifət dedikdə məhdud sayda olan ayrı-ayrı partiyaları və onları təmsil edən insanları nəzərdə tuturlar. Ə. Əhmədovun sözlərinə görə, sanki bəzi müxalifətçilər müxalifət anlayışını da inhisara almaq fikrinə düşüblər: “Elə hesab edirlər ki, əgər YAP-ın bir təmsilçisi, məsələn, İsa Qəmbər, yaxud Əli Kərimli ilə debat aparmayıbsa, bu, Azərbaycanda iqtidar-müxalifət debatının, dialoqunun olmaması deməkdir. Axı nəyə görə Azərbaycan müxalifətinin parlamentdə təmsil olunan nümayəndələri ilə YAP təmsilçiləri arasında debatlar iqtidar-müxalifət debatı kimi qəbul olunmasın? Bununla yanaşı, deyim ki, biz hər hansı təşəbbüs olacağı halda onda iştirakdan heç zaman imtina etmirik“.
Nahid Canbaxışlı