Vilayət Eyvazov Daxili Qoşunların şəhid olan çavuşunun vida mərasiminə qatılıb

18:31 21.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşərkən yaralanan Daxili Qoşunların hərbi qulluqçusu bu gün vəfat edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, çavuş Elşən Quluzadə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşərkən ağır yaralanaraq, tibb müəssisəsinə yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, o bu gün şəhid olub.

Şəhidimizlə vida mərasimində Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri iştirak ediblər.

Şəhid Elşən Quluzadənin cənazəsi polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının müşaiyəti ilə doğulub boya-başa çatdığı Füzuli rayonuna aparılaraq orada dəfn ediləcək.

Oxunma sayı 199