Vladimir Zelenski koronavirusdan sağalıb

13:25 24.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirusa yoluxan Ukrayna Prezidenti Vladimir Zelenski müalicəsini başa vurub və adi iş rejimində fəaliyyətə başlayıb. Zelenski bir müddət müalicədən sonra təkrar test verib. Təkrar testin cavabında Ukrayna Prezidentində koronavirus aşkarlanmayıb.

Hafta.az xəbər verir ki, bu barədə Prezidentin ofisi məlumat verib.

Qeyd edək ki, Ukrayna Prezidenti noyabrın 11-dən xəstəxanaya yerləşdirilmışdi və koronavirusa görə müalicə alırdı.

Oxunma sayı 867