XİN-in həbsdə olan sabiq idarə rəisi ev dustaqlığına buraxıldı

12:20 23.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı həbs edilən, Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin sabiq rəisi Faiq Bağırov ev dustaqlığına buraxılıb.

Hafta.az-ın məlumatına görə, bu barədə "Elektron məhkəmə" portalında məlumat verilib.

Məlumata görə, sentyabrın 22-də Səbail rayon məhkəməsində hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatətə baxılsa da, təxirə salınıb. Daha sonra vəsatət təmin edilib və Faiq Bağırov ev dustaqlığına buraxılıb.

Oxunma sayı 1449