Xabi Alonso baş məşqçi oldu

22:45 10.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İspaniya millisinin sabiq üzvü Xabi Alonso məşqçiliyə başlayıb.

37 yaşlı keçmiş yarımmüdafiəçi İspaniyanın "Real Sosyedad" klubunda çalışacaq. Klubun rsəmi saytı Alonsonun B komandasının baş məşqçisi təyin edildiyini açıqlayıb.

2017-ci ildə karyerasını bitirən Xabinin ilk klubu da "Real Sosyedad" olub. O, daha sonra "Eybar", "Liverpul", "Real" və "Bavariya"da çıxış edib.