Xaçmaz və Tərtərdə çətənə kolları götürülüb

17:00 24.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Müşfiq kənd sakini Z.Əhmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 41 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Hafta.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən rayon sakini S.Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.