Xaçmazda “Ford” piyadanın həyatına son qoydu

15:14 14.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmaz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən hafta.az-a verilən məlumata əsasən, yanvarın 13-də saat 22 radələrində Xaçmaz şəhəri ərazisində Xudat şəhər sakini R.Ağabəyov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Qusar rayon sakini İlahəddin Vəlimətovu vurub.

Bildirilir ki, piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

 

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.

Oxunma sayı 149