Xalq 1993-cü ilin yayından bu çayxana siyasətçilərinə, naşılara öz yerini göstərib - Rəy

16:01 29.06.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt
"Azərbaycan xalqı onu çoxdan anlayıb ki, Milli Şuranın, AXCP-nin işi hakim partiyanı əsassız ittihamlarla şərləməkdi. Xalq 1993-cü ilin yayından bu çayxana siyasətçilərinə, naşılara öz yerini göstərib. Onları tarixin qovluğuna qoyaraq tozlu rəflərə atıb. İndi həmin siyasətbazlar, özünü müxalifət adlandıranlar etiraf edir ki, qeybətlə, şərləmə ilə məşğuldurlar".
Bunu hafta.az-a açıqlamasında keçmiş millət vəkili, YAP funksioneri Sona Əliyeva deyib. O bildirib ki, Avropada oturub Azərbaycan xalqına, xalqın seçdiyi hakimiyyətə, milli dövlətçiliyimizə qarşı çıxan üç-beş başıpozuq adam öz layiq olduğu yerini anlayır və ona görə də qeybət bazarı açaraq başlarını qatırlar: "Əslində onlar Avropanın, Azərbaycanı sevməyən, düşmən kəsilən qüvvələrin sifarişini yerinə yetirirlər. Onların qeybətxana videolarından da aydın olur ki, bu xalqa verəcək bir şeyləri yoxdur. Onlar heç zaman sağlam düşüncəyə sahib olmayıblar. Ötən 27 il də göstərir ki, dəyişən heç nə yoxdur. Onlar gərək bu biabırçılıqlardan sonra xalqın üzünə çıxmayalar. Amma yenə də müxtəlif şərləmələrlə 3-5 adam yığıb danışmağa cürət edirlər. Onlar anlamalıdır ki, xalq-iqtidar birliyi sarsılmazdır. Xalq öz həqiqi liderinə, cənab Prezidentə sadiqdir".
Oxunma sayı 1747
Siyasət rubrikasından digər xəbərlər