Xalq artisti Ofelya Sənani xəstəxanaya yerləşdirilib

11:58 05.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Xalq artisti, tanınmış televiziya diktoru Ofeliya Sənani xəstəxanaya yerləşdirilib.

Yaxınlarının hafta.az-a dediyinə görə, ürək ağrıları ötən gecədən kəskinləşən diktor bu gün səhər saat 11 radələrində təcili yardımla xəstəxanaya çatdırılıb.

Xalq artisti infakt keçirdiyindən bu gün saat 11 radələrində 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Tibbi Mərkəzdən Trend-ə bildirilib ki, vəziyyəti ağır stabil olan O.Sənani infarkt keçirib və ona kəskin karanar sindromu diaqnozu qoyulub.

Xalq artisti hazırda reanimasiya şöbəsində həkim nəzarətindədir.

78 yaşlı Xalq artisti 1959-1975-illərdə radioda işləyib, bir sıra radio tamaşalarında baş rollarda çıxış edib. 1975-ci ildən bu yaxınlaradək Azərbaycan Dövlət Televiziyasında diktor işləyib. 1960-1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin baş qəhrəmanını səsləndirib. Ofelya Sənani həmçinin bir sıra kinofilmdə çəkilib. Ötən il teleaparıcı mikroinfarkt keçirib.