Xamenei İran generallarını “böyük hadisələrə” hazırlaşmağa çağırdı

19:30 03.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandanlığı qarşısında çıxış edərək generalları "böyük hadisələrə" hazırlaşmağa çağırıb.

Virtualaz.org bildirir ki, bu barədə NEWSru.co.il saytı məlumat yayıb.

“Düşməndən qorxmayın. Ayıq olun və rəqibin potensialını dəqiq qiymətləndirin”,- deyə sayt İran dövləti başçısından sitat gətirib.

Xameneinin fikrincə, İİKK İran sərhədlərindən kənarda da fəaliyyət göstərməlidir. O, həmçinin İslam Respublikasının nüvə razılaşmalarından mərhələli çıxışını davam etdirəcəyini söyləyib və ABŞ-ın İrana qarşı maksimum təzyiq göstərmə siyasətinin uğursuzluqla nəticələnəcəyini bəyan edib.

"Artıq o, vasitəçilik etmələri üçün Avropadakı dostlarına yalvarmaq məcburiyyətində qalıb”,-deyə Xamenei əlavə edib.