Xankəndi şəhəri də yeni yaradılan Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına daxil edilib

12:46 03.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına Xankəndi şəhəri, Şuşa, Zəngilan, Xocavənd, Xocalı, Qubadlı, Laçın, Ağdam, Cəbrayıl, Füzuli və Kəlbəcər rayonları daxildir”.

Bu sözləri Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov deyib.

O qeyd edib ki, idarənin bütün strukturlar üzrə fəaliyyətinin təşkili üçün zəruri addımlar atılır: “Hazırda bizim üzərimizdə durum əsas məsələ işğaldan azad edilən torpaqlarımızda ədliyyə qurumlarının işinin komplektləşməsidir. Biz artıq tədbirlər planı müəyyənləşdiririk. Plana uyğun olaraq işimizi qurmuşuq və davam etdiririk”.

Oxunma sayı 793