Xaricdə Azərbaycan Evlərini, Qarabağ məktəblərini bir çətir altında birləşdirməyi hədəfləmişik - Fuad Muradov

12:52 05.12.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Diasporla İş üzrə Dövlət Komitəsinin mobil tətbiqi imkan verir ki, xüsusi kağızda müraciət yazmağa ehtiyac qalmasın". Hafta.az-ın xəbərinə görə bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu tətbiqlə sədrə ərazi şöbəsinə yaxud texniki işçiyə müraciətinizi asanlıqla yazmaq mümkündür: "Biz xaricdə olan Azərbaycan Evlərini Qarabağ məktəblərini bir çətir altında birləşdirməyi hədəfləmişik. Bu barədə çox danışmaq istəmirəm. Bir dəfə belə xəbəri paylaşdıq düşmən tərəfi informasiya təxribatlarına başladı. Ona görə bütün işlər yekunlaşandan məlumat veriləcək".

Oxunma sayı 47