Xarici işlər nazirlərinin görüşünün vaxtı məlum oldu

11:40 27.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında keçiriləcək növbəti görüşün yeri və vaxtı ilə bağlı məlumat yayılıb.

Məlumatla bağlı hafta.az-a sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən deyilib ki, nazir Elmar Məmmədyarov bir müddət öncə yanvarın sonunda Ermənistan xarici işlər naziri ilə görüşün keçiriləcəyini bildirmişdi.

Belə ki, yanvarın 29-30 da Cenevrədə nazir Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və erməni həmkarı ilə görüşü keçiriləcək.

Oxunma sayı 204
Siyasət rubrikasından digər xəbərlər