Xarici ölkələrə Azərbaycandilli dərsliklərin gələn ildən paylanılmasına başlanacaq 

14:02 05.12.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılar üçün hazırlanan xüsusi Azərbaycandilli dərsliklərin gələn ildən paylanılmasına başlanacaq".

Hafta.az xəbər verir ki, bunu Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, azərbaycanlıların yaşadığı bütün ölkələrə bu dərslik göndəriləcək: "Çox yaxşı bir nəşr alınıb. Ümid edirəm ki, bu dərsliklər öz müsbət nəticələrini verəcək". Qeyd edək ki, sözügedən dərsliklər baxılması üçün Təhsil Nazirliyinə təqdim edilib.